<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 İnamı bağlamışam qadir Allaha,
 Onun övladıyam bu gün mən daha.
 Ona bağlanıbdır artıq ürəyim,
 Odur varlığım, həm gələcəyim.

[C1]
   Əllərimi qaldırıb göyə baxıram
   İstəyirəm Onun kimi təmiz olam.
   Diləyirəm Allahdan qüvvət, mərhəmət
   Bilirəm, Ondadır qüdrət, əzəmət.

[V2]
 İman etmişəm mən Məsih İsaya
 Bilirəm Ondadır mənim xilasım.
 Eşitdim sözünü, bağlandım Ona
 Sevinclə, nur ilə doldu həyatım.

[V3]
 Dəyişdi qəlbimi və düşüncəmi,
 Öyrətdi sevməyi dostu, düşməni.
 Bilirəm, gələcək İsa Məsihim
 Ona layiq olsun gərək ürəyim.</lyrics>
<title>İnamı bağlamışam qadir Allaha İL232</title>
<hymn_number>232</hymn_number>
</song>